Bakı.Trend:
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yüksəkvəzifəlisi qurum əməkdaşların qərargaha toplaşmasını və binada olanməxfi sənədlərin yandırılması üzrə kollektiv işin təşkil olunmasınıəmr edib.
Trend xəbər verirki, bu haqda “Politico” öz mənbələrinə istinadla yazır.
İddiaya görə, göstəriş yazılı şəkildə məktubla əməkdaşlarınxidməti elektron poçt ünvanlarına göndərilib. Göndərənin isəUSAID-in icraçı direktoru vəzifələrini müvəqqəti icra edən ErikKarr olduğu deyilir.
“Əvvəl bacardığınız qədər çox sənəd məhv edin, görsəniz ki,şreder cihazları sıradan çıxır və ya cihazın fasiləyə ehtiyacı var,yandırmaq üçün paketlər yanınızda olsun”, - göstərişin verildiyielektron məktubda qeyd olunur.
“Politico” yazır ki, USAİD-də əməkdaşların kütləvi şəkildəixtisarı ilə əlaqədar sənədlərin məhv edilməsi işləri qərargahdakıəməkdaşların normal iş qrafikini üstələyə bilər.