AZ

Qyökereş istədi, klub razılaşdı

“Sportinq”in hücumçusu Viktor Qyökereşin sərbəstqalma məbləği azaldılıb.

Futbolpress.az xəbər verir ki, isveçli hücumçu öz istəyi ilə klubla anlaşıb. Bu barədə “A Bola” nəşri məlumat yayıb.

Qyökereşi istəyən klublar 70-75 milyon avrosundan keçməli olacaq. Oyunçunun sərbəstqalma məbləği daha öncə 100 milyon avro idi.

26 yaşlı futbolçu bu mövsüm 40 oyunda 39 qol vurub, 9 məhsuldar ötürmə edib.

Seçilən
26
futbolpress.az

1Mənbələr