AZ

Le Pendən Makrona ağır ittihamlar: Fransızların qorxularından istifadə edib...

Fransa beynəlxalq arenada təsirini tamamilə itirib və Ukraynada sülh Avropa İttifaqının olmadığı bir vaxtda Rusiya və ABŞ arasında həll olunub.

Publika.az xəbər verir ki, bunu Fransa parlamentindəki Milli Mitinq partiyasının lideri Marin Le Pen “Figaro”ya açıqlamasında deyib. O, Fransa prezidenti Emmanuel Makronun bu məğlubiyyətdən sonra getdikcə daha döyüşkən ritorika qəbul etdiyini söyləyib.

“Faciə ondadır ki, ABŞ və Rusiya sülhə hazırlaşarkən, Avropa İttifaqı danışıqlar masası arxasında deyil. Bu, xüsusən də hər hansı digər Aİ ölkəsindən daha geniş miqyasda təsirini itirmiş Fransa üçün böyük itkidir”, - Le Pen bildirib.

O, həmçinin Makronu “ucuz televiziya diplomatiyası” ilə məşğul olmaqda və fransızların qorxularından istifadə etməkdə günahlandırıb.

Seçilən
22
publika.az

1Mənbələr