AZ

SİF "yaşıl layihə"lərin maliyyələşdirilməsində risk limitləri ilə bağlı məhdudiyyəti aradan qaldırıb

Hazırda İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaitlərinin istifadə qaydaları ilə bağlı yeni layihələr hazırlanır.

“Report” xəbər verir ki, bunu SİF-in nümayəndəsi Rüstəm Əliyev 1-ci Milli Maliyyə Əlçatanlığı Forumunda bildirib.

Onun sözlərinə görə, gələcəkdə "yaşıl layihə"lərin maliyyələşdirilməsi ilə bağlı həm müddət, həm də məbləğ baxımından istisnalar nəzərdə tutulur.

“Yaşıl layihə"lərə üstünlük verilməsi ilə bağlı Fondun Müşahidə Şurası tərəfindən müəyyən risk limitləri təsdiqlənib. Məsələn, 1,5 milyon manatdan çox kreditlər üçün Fond tərəfindən birgə maliyyələşmə tələb edilir. Lakin "yaşıl layihə"lərə münasibətdə bu məhdudiyyət istisna olunub. Əgər sahibkarlıq subyekti "yaşıl layihə"ni maliyyələşdirmək istəyirsə, 10 ilədək müddətə 10 milyon manatadək kredit üçün sadəcə 25 % şəxsi vəsait tələb olunur, qalan 75 % isə Fondun güzəştli krediti hesabına qarşılanır”, - deyə R. Əliyev vurğulayıb.

Seçilən
20
4
report.az

5Mənbələr