AZ

"Barselona"nın ulduzundan unikal göstərici - Bunu yalnız Busqets bacarmışdı

Ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsində Portuqaliya "Benfika"sını qəbul edən "Barselona" doğma meydanda 3:1 hesablı inamlı qələbə qazanıb.

Fanat.Az xəbər verir ki, "Benfika" ilə qarşılaşmada Rafinya dubl etsə və digər qolu Lamin Yamal vursa da, kataloniyalıların yarımmüdafiəsinə rəhbərlik edən Pedri unikal göstərici ilə yadda qalıb.

"Opta"-nın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi özünəməxsus rekorda imza atıb. O, Serxio Busqetsin 2018-ci ilin fevralında "Çelsi" ilə oyundan sonra Çempionlar Liqası matçında 80-dən çox ötürmə edən ilk "Barselona"lı olub.

Oyunçunun müxəmməl statistikasını belədir:

107 - toxunuş
88 - uğurlu ötürmə
3 - qol şansı yaratma
0 - qayda pozuntusu

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk iştirakçısı olub.

Mirağa

Seçilən
14
fanat.az

1Mənbələr