Son bir ildə Azərbaycana ekstradisiya edilmiş və ölkədən çıxarılmış şəxslərin sayı məlum olub.
Modern.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 2024-cü ildə 51 nəfərin Azərbaycan Respublikasına ekstradisiyası təmin olunub. Onlardan 1-i Kolumbiyadan, 36-sı Rusiyadan, 7-si Gürcüstandan, 1-i Polşadan, 2-si Almaniyadan, 2-si Qazaxıstandan, 1-i Macarıstandan, 1-i Belarusdan ölkəmizə ekstradisya olunub.
Bununla yanaşı, 31 nəfər Azərbaycan Respublikasının ərazisindən çıxarılıb. Onlardan 1-i Omana, 4-ü Rusiyaya, 9-u Özbəkistana, 2-si Tacikistana, 3-ü Qazaxıstana, 1-i Türkmənistana, 2-si Pakistana, 1-i İrana, 3-ü Türkiyəyə, 1-i Lüksemburqa, 1-i Rumıniyaya. 1-i Gürcüstana, 1- Avstraiyaya, 1-i Almaniyaya ekstradisya olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta