AZ

Azərbaycanda əhalinin yanacaq xərcləri 75 milyon manata yaxın artıb

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda yanacaqistehlakçılarına 523,1 milyon manat məbləğində avtomobil benzini vədizel yanacağı satılıb.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, ötən ilin müvafiq aylarıilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağısatışından əldə edilən gəlir 73,7 milyon manat artıb.

Belə ki, 2024-cü ilin eyni dövründə Azərbaycanda əhali avtomobilbenzini və dizel yanacağına 449,4 milyon manat xərcləyib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda pərakəndə ticarətdövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağınasərf olunan vəsait ümumi pərakəndə ticarət dövriyyəsinin 5,7%-nitəşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında pərakəndəticarət şəbəkəsində istehlakçılara 9,2 milyard manatlıq, o cümlədən5,07 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütünməmulatları, 4,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Ötənilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarətdövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları,içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq mallarıüzrə 6,2 faiz artıb.

Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr