Ölkədə bal istehsalı 14 %-ə yaxın artıb.
2024-cü ildə Azərbaycanda bal istehsalının həcmi 2023-cü illə müqayisədə 13,5 % artaraq 5 min 166,3 ton olub.
Operativ Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il bal istehsalı 30 601 təsərrüfatda mövcud olan 579 min arı ailəsinin hesabına olub.
İl ərzində arı ailələrinin sayı 3,1% azalıb. Bu azalma, eləcə də bəzi arıçılıq məhsullarının istehsalının azalması əsasən arı xəstəlikləri ilə əlaqədar olub.
Bundan başqa, hesabat dövründə mum istehsalı 23,5 % azalaraq 132,1 ton, vərəmum istehsalı 43 % azalaraq 8,5 ton, arı südü istehsalı 14,9 % azalaraq 239,3 kq təşkil edib. Arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 2,4 % azalıb.