AZ

Avstraliyalı dünya çempionunun onurğası Gürcüstanda keçirilən yarış zamanı sınıb

Snoubord üzrə dünya çempionu, avstraliyalı Belli Brokxof Gürcüstanda keçirilən Dünya Kuboku zamanı yıxılaraq onurğasını sındırıb.

hakimiyyet.az "ABC Australia"ya istinadən xəbər verir ki, 32 yaşlı idmançı təcili şəkildə Yunanıstanda xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Avstraliyanın Qış Olimpiya İnstitutunun baş icraçı direktoru Ceff Lipşut idmançının sağalması üçün əllərindən gələni etdiklərini bildirib.

Qeyd edək ki, B.Brokxof 2021-ci ildə dünya çempionu olub.

Seçilən
14
1
hakimiyyet.az

2Mənbələr