Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN müraciət” informasiya sisteminin 2024-cü il ərzində həyata keçirilmiş fəaliyyətin yekunlarına həsr olunan tədbir təşkil olunub.
Bu barədə "APA-Economics"ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
Tədbirdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Asan Xidmət və KOB Evləri ilə işin təşkili və müraciətlərin qəbulu sektorunun müdiri Bəhruz İsrəfilov iştirak edib. 2021-2025-ci illər ərzində daxil olan 1366 müraciətin 80%-nin müvafiq şəkildə cavablandırılması istiqamətində göstərdiyi fəaliyyətə görə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təşəkkürnaməsinə layiq görülüb.

