AZ

Suriya Demokratik Qüvvələrinin 7,5 min döyüşçüsü Suriya ordusunun sıralarına qoşulacaq

Suriya Demokratik Qüvvələri (SDQ) ilə Dəməşq arasında saziş imzalandıqdan sonra bu birləşmələrdən təxminən 7,5 min döyüşçü respublika ordusu sıralarına qoşulacaq.

Herbiand.az bildirir ki, bu barədə “Türkiye” qəzeti Suriya Müstəqil Kürdlər Birliyinin sədri Əbdüləziz Temoya istinadən yazıb.

O qeyd edib ki, Suriya ordusunda xidmət edəcək 7,5 min nəfər yalnız ilkin saydır. SDQ-nin suriyalı olmayan üzvlərinə gəlincə, onlar ölkəni tərk etməli olacaqlar. Temo bildirib ki, 11 minə yaxın SDQ döyüşçüsü Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvüdür.

Eyni zamanda, Suriya Demokratik Qüvvələri yaxın vaxtlarda Tişrin və Karazozak bəndlərini mərkəzi hakimiyyət orqanlarına verməyə hazırlaşır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
18
1
herbiand.az

2Mənbələr