Bakı. Trend:
Prezident İlham Əliyevin Sərəncamı ilə bu gün təsdiq edilən Havadaşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramının məqsədləri məlum olub.
Trend xəbərverir ki, Dövlət Proqramının məqsədləri aşağıdakılardır:
- hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi,əməliyyatların səmərəliliyinin artırılması;
- ticarətin və turizmin inkişafına töhfə verməklə iqtisadiinkişafın və məşğulluğun artırılması;
- dövlət sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi;
- keyfiyyətli aviasiya xidmətlərinə əlçatanlığı təmin etməkləsərnişinlərin səyahət təcrübəsinin yaxşılaşdırılması;
- hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsindəkadr hazırlığının və beynəlxalq əməkdaşlığın genişləndirilməsi;
- rəsmiyyətin sadələşdirilməsi sahəsində Azərbaycan Respublikasımilli qanunvericiliyinin beynəlxalq standartlara və tövsiyə olunantəcrübəyə uyğunlaşdırılması və hava gəmilərinin, hava gəmisi heyətiüzvlərinin və sərnişinlərin hava limanlarında (aeroportlarda)daşınmasının təkmilləşdirilməsi üçün normativ hüquqi bazanınformalaşdırılması;
- Dövlət Proqramının həyata keçirilməsinə cəlb edilmişrəsmiyyətin sadələşdirilməsi sahəsində fəaliyyət göstərən dövlətqurumlarının (orqanlarının), xidmət təminatçılarının və yerüstüxidmət təminatçılarının fəaliyyətinin əlaqələndirilməsi vərəsmiyyətin sadələşdirilməsi üzrə birgə fəaliyyətin təşkili;
- sahəvi islahatlar sayəsində rəqabət qabiliyyətininyüksəldilməsi, daha çox sərnişin və turist cəlb edilməsi;
- hava limanlarının (aeroportların) strukturununtəkmilləşdirilməsi və marşrut şəbəkəsinin genişləndirilməsi üçünAzərbaycan Respublikasının beynəlxalq sərnişin daşımalarında Avropavə Asiya arasında tranzit qovşağı kimi perspektivliyininyüksəldilməsi;
- regional hava limanlarının (aeroportların) digər dövlətlərdəqeydiyyatda olan istismarçıların iştirakı ilə istismarınınstimullaşdırılması və fəaliyyətlərinin genişləndirilməsi.