Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko sabah danışıqlar aparacaqlar.
“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Görüş A.Lukaşenkonun Rusiyaya səfəri çərçivəsində baş tutacaq.
"Bu, Lukaşenkonun Belarus dövlətinin başçısı vəzifəsinə yenidən seçilməsindən sonra ilk xarici səfəri olacaq", - məlumatda bildirilib.