AZ

Slot: “Ən yaxşı oyunumuzu oynadıq”

“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasında PSJ-yə uduzduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis penaltilər seriyasında məğlub olduqları matçla bağlı bunları deyib:

“Ən yaxşı oyunumuzu oynadıq. İnanılmaz idi. İlk 20-25 dəqiqədə çoxlu şans yaratdıq, amma geri düşdük. Demək olar ki, hər şey əksinə oldu. Rəqib müdafiədə etibarlı oynadı.

Qol vuracağımızı gözləyirdim. Mükəmməl oynayırdıq və şanslarımız çox idi. Ötən həftə PSJ mükəmməl oynayıb, qol vura bilməmişdi. Bu dəfə isə eyni şey bizə oldu”.

Seçilən
28
futbolpress.az

1Mənbələr