Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Rövşən Məhərrəmov deyib.
Ekspert bildirib ki, müddətdən artıq xidmət edənlər müqavilə ilə xidmət edəcək və uzun müddət həmin vəzifəni mükəmməl mənimsəyəcək:
"Yeni yaranmış komando hərbi hissələrinin əsasını MAXE-lər təşkil edir. Bunlar professional orduya keçid üçün ilk addımlardan biridir. Bunlar əvvəllər də var idi, ancaq indi görürük ki, Azərbaycanın təkmilləşmiş orduya ehtiyacı var. MAXE-lər ordunun döyüş qabiliyyətinin artmasına təkandır. Gələcəkdə ordu professional hərbçilər hazırlayacaq, onlar qarşılarındakı vəzifəni layiqincə yerinə yetirəcəklər".
Onun sözlərinə görə, MAXE-lərin sayının artması Azərbaycan ordusunun NATO ordu modelinə, türk modelinə keçidi təmin edəcək:
"2025-ci ilin sonunda ordumuzun türk model sisteminə keçmə prosesi başa çatmalıdır. Son zamanlar müasir texnikalar əldə etmişik. Həmin texnikaları idarə etmək üçün MAXE-lərlə təlimlər keçmək lazımdır ki, mütəxəssis kimi çalışa bilsinlər. Güman edirəm ki, MAXE-lərin say tərkibi gələcəkdə daha da genişləndiriləcək".
Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin komitə sədri Arzu Nağıyev bildirib ki, MAXE-lərin sayı artırılacaq və müqaviləli orduya keçid ediləcək.
Əfsanə Kamal
Demokrat.az
3Mənbələr
-
azia.azBUNLARIN sayının artması Azərbaycan Ordusunun türk modelinə keçidini təmin edəcək ( 16004225)
-
moderator.azHərbi ekspert: “MAXE-lərin sayının artması Azərbaycan Ordusunun türk modelinə keçidini təmin edəcək” ( 15990599)
-
demokrat.azHərbi ekspert: "MAXE-lərin sayının artması Azərbaycan Ordusunun türk modelinə keçidini təmin edəcək" ( 15989117)