AZ

İnvestisiya həcmi kəskin azalıb - Əsas kapitala yatırımlar 24,8% azalıb

Bu ilin yanvar-fevral aylarında əsas kapitala yönəldilən investisiyaların ümumi həcmi 2 milyard 8,9 milyon manat təşkil edib.

Valyuta.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,8% azalma deməkdir.

Xüsusilə neft-qaz sektoruna yatırılan investisiyalar 32,5%, qeyri-neft sektoruna isə 20,8% azalıb. Ümumi investisiyaların 52,3%-i (1 milyard 50,6 milyon manat) məhsul istehsalı sahələrinə, 32,9%-i (661,5 milyon manat) xidmət sahələrinə, 14,8%-i (296,8 milyon manat) isə yaşayış evlərinin tikintisinə yönəldilib.

Daxili investisiyalar ümumi yatırımların 70,8%-ni (1 milyard 422,4 milyon manat) təşkil edib. Əsas kapitala yatırılan vəsaitin böyük hissəsi – 77,6%-i (1 milyard 558 milyon manat) tikinti-quraşdırma işlərinə sərf olunub.

Seçilən
17
2
valyuta.az

10Mənbələr