AZ

Muğla - Dalaman hava limanında sərnişindaşıma 150 min nəfəri keçib

Bakı. Trend:

2025-ci ilin fevral ayında Türkiyənin Muğla - Dalaman HavaLimanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü iləmüqayisədə 1 faiz azalaraq, 151 min 588 nəfər olub.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin fevral ayındahava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilinanaloji dövrü ilə müqayisədə 2 faiz azalaraq, 135 min 360 nəfər,beynəlxalq reyslər üzrə isə 1 faiz artaraq 16 min 228 nəfər təşkiledib.

2025-ci ilin fevral ayında hava limanının yük daşınması 2024-cüilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq min 169 ton təşkiledib. Bununla yanaşı, 2025-ci ilin fevral ayında hava limanınındaxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü iləmüqayisədə 1 faiz azalaraq, min 36 ton, beynəlxalq reyslər üzrə yükdaşınması isə eyni dövrlə müqayisədə 11 faiz azalaraq , 134 tontəşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin fevral ayındahəyata keçirilən uçuşların sayı 2024-cü ilin fevral ayı iləmüqayisədə 45 faiz artaraq, 3 min 351 olub. Bununla yanaşı, daxilireyslər üzrə yerinə yetirilən uçuşların sayı 46 faiz artaraq, 3 min178, beynəlxalq reyslər üzrə isə 29 faiz artaraq 173 olub.

2025-ci ilin fevral ayında Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 30 milyon 446 min 843 nəfər, yük daşınması isə694 min 727 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarındasərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə4 milyon 941 min 729 ton təşkil edib.

Məqalədə:
Seçilən
21
14
az.trend.az

10Mənbələr