AZ

Suriyada keçid dövrü üç ildən beş ilə qədər davam edə bilər

Suriyada keçid dövrü üç ildən beş ilə qədər davam edə bilər və hakimiyyət səlahiyyətlərinin böyük hissəsi ölkə prezidentinə aid olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə konstitusiya bəyannaməsi layihəsində bildirilib.

Qeyd olunub ki, konstitusiya bəyannaməsi layihəsinə əsasən, Suriya prezident respublikası olacaq. Bəyannamə ölkə qanunvericiliyinin İslam hüququ prinsiplərinə əsaslanacağını müəyyən edir. Milli ordunun əsas vəzifəsi "vətəni və Suriya vətəndaşlarını, ölkədə vətəndaş sülhünü qorumaq" olacaq. Yalnız dövlət qurumlarının nümayəndələri silaha sahib olacaqlar.

Konstitusiya bəyannaməsi layihəsi ölkənin əvvəlki konstitusiya nəşrlərinə, "xüsusilə 1950-ci ilə aid əsas qanununun prinsiplərinə" əsaslanır.

Seçilən
17
5
aznews.az

5Mənbələr