Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi fiziki şəxs Həsənzadə Rəşad Elxan oğlu (VÖEN – 1007616502) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumat verir ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müqaviləyə əsasən, Dövlət Agentliyi Həsənzadə Rəşad Elxan oğlundan ofis sahəsini icarəyə götürəcək və qarşılığında 114 min manat ödəyəcək.
Onu da bildirək ki, Dövlət Agentliyi il ərzində də Rəşad Həsənzadə ilə 84 min və 31 min manat dəyərində 2 satınalma müqaviləsi imzalayıb.