AZ

Xabi Alonso: “Bayern”ə uduzmağımız fəlakət deyil”

“Bayer”in baş məşqçisi Xabi Alonso UEFA Çempionlar Liqasının 1/8 finalının evdə baş tutmuş “Bayern”lə cavab oyununu (0:2) şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Birinci hissədə biz məqamlar yartmağa çalışdıq. Biz qola yaxın idik və kifayət qədər standart vəziyyətlərimiz vardı. Bizim, hesabı açmaq fürsətlərimiz vardı. Oyun azacıq qərarsız idi, ancaq uşaqlar bunun öhdəsindən yaxşı gəldilər. Ancaq “Bayern”in ilk qolundan sonra çox çətin oldu.

UEFA Çempionlar Liqası – elə bir yarışdır ki, burada səhv buraxmaq olmaz, biz isə həddindən çox səhvlərə yol verdik. Bizə xüsusi nəsə gərək idi, amma bu dəfə alınmadı. Çıxışımız yaxşı idi. Məsələ keyfiyyət əskikliyində deyil, səmərə çatışmazlığındadır.

Biz komandanın və klubun inkişafında böyük yol qət etmişik. Növbəti addım, güman ki, ən çətinidir. Bir gerçəkçi olmalıyıq. Biz dünyanın ən yaxşıları ilə rəqabət aparmaq istəyirik. Biz öz yolumuzla getməliyik. Bügünkü oyundan sonra hər şeyin fəlakətə uğradığını düşünməyə dəyməz”, deyə Xabi Alonso vurğulayıb.

Səfərdəki ilk oyunda 0:3 hesabı ilə məğlub olmuş “Bayer” ümumi hesabın nəticəsinə (0:5) görə UEFA Çempionlar Liqasının cari mövsümündəki çıxışına xitam verib. Yarışın 1/4 finalına vəsiqə qazanmış “Bayern” isə bu mərhələdə İtaliya nəhəngi “İnter”lə qarşılaşacaq.

Seçilən
19
arena.az

1Mənbələr