AZ

Balkan yarımadası dövlətləri ilə əlaqələrin genişlənməsi əsas hədəflərdəndir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Ölkəmizin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlardaxilində əlaqələrinin yüksələn xətlə inkişafı xarici siyasətuğurlarının davamlılığında əhəmiyyətli rol oynayır. Xaricisiyasətimizin prioritet istiqamətlərindən biri Balkan yarımadasıdövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsidir. ŞimaliMakedoniya Respublikasının Prezidenti QordanaSilyanovska-Davkovanın martın 11-də ölkəmizə rəsmi səfəri bureallığı bir daha təsdiqlədi. Mətbuata bəyanatında “Siyasiəlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiqdövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eynizamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlararaşdırılmalıdır” çağırışını edən dövlət başçısı İlham Əliyevtərəflərin əlaqələrin yeni istiqamətlər üzrə inkişafında maraqlıolduğunu diqqətə çatdırdı.

Əməkdaşlıqda iqtisadi amil xüsusi yer tutur. AzərbaycanınAvropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi davamlıtöhfələr diqqətdən kənarda qalmır. Ölkəmizin regional çərçivədəqurduğu əlaqələrin coğrafiyasının genişlənməsi Azərbaycanınetibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təqdimatıdır.Sözügedən səfər zamanı Azərbaycanın iştirakçısı və təşşbbüsçüsüolduğu enerji layihələrinin dünyanın enerji xəritəsini dəyişməsi,yeni layihələrə yol açması xüsusi vurğulandı. Diqqəti təxminən üçil bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycanarasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsinəyönəldən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu gün Azərbaycanqazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir vəAvropadakı tərəfdaşlarımızın xahişlərinə hər zaman böyük diqqətləyanaşılır. Azərbaycan qazı keçən ilin sonlarında ŞimaliMakedoniyanın bazarına çatdırıldı. Gələcəkdə lazım olan həcmdə qaztəchizatı artırıla bilər. Çünki bu gün yeni qaz yataqlarınınistismara verilməsi istiqamətində fəal iş aparılır. HazırdaAzərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropaölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetrqaz ilə təchiz etmişdir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Millət vəkili vurğulayıb ki, dövlət başçısı İlham Əliyevkeçirilən təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata birgəbəyanatlarında Azərbaycan və Şimali Makedoniya arasında əlaqələrinhazırkı inkişaf səviyyəsindən, qarşılıqlı səfərlərin münasibətlərininkişafında əhəmiyyətli rolundan geniş bəhs etdi. Bu səfər ŞimaliMakedoniya Respublikasının Prezidenti QordanaSilyanovska-Davkovanın Azərbaycana ikinci səfəridir. Ölkələrimizarasında siyasi dialoqun dinamik xarakter aldığını xüsusi qeyd edənPrezident İlham Əliyev Azərbaycanın ötən il ev sahibliyi etdiyiCOP29 tədbirindən ötən qısa müddətdə Qordana Silyanovska-Davkovanınikinci dəfə ölkəmizdə olmasını bunun bariz nümunəsi kimi vurğuladı.İqlim konfransında Qordana Silyanovska-Davkovanın fəal iştirakı,konfransın uğurla keçirilməsinə verdiyi töhfələr yüksəkdəyərləndirildi. Bu məqam da diqqətə çatdırıldı ki, xanımPrezidentin siyasi və dövlət xadimi kimi çox böyük təcrübəsi var.Beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışıb, eyni zamanda,ölkəsində ən yüksək vəzifəyə layiq görülüb. Onun dəyərli fikirlərihamı üçün çox maraqlı ola bilər. Qeyd edək ki, QordanaSilyanovska-Davkova martın 13-15 tarixlərində müxtəlif ölkələrdən300-dən çox xarici qonağın iştirakı ilə “Dünya düzəninin yenidəndüşünülməsi: çağırışların fürsətə çevrilməsi” mövzusundakeçiriləcək XII Qlobal Bakı Forumunun iştirakçısı olacaq. Prezidentİlham Əliyev bildirdi ki, xalqlarımızın humanitar sahədəəməkdaşlığına da böyük ehtiyac var. Nizami Gəncəvi BeynəlxalqMərkəzi tərəfindən təşkil olunan XII Qlobal Bakı Forumu dünyamiqyasında layiqli yerini tuta bilib.

Forumun mövzusu hazırkı dövrün mühüm çaırışının təqdimatıdır.Qeyd edək ki, dövlət başçısı İlham Əliyev bu ilin yanvarında yerliteleviziya kanallarına müsahibəsində yeni dünya nizamınınformalaşdığını, bu prosesin başlanğıcında olduğumuzu önə çəkərək buçağırışı etdi ki, biz bu prosesin fəal iştirakçısı olmalıyıq. Biz,sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik.Öz işimizi görməli və gündəliyimizi bundan sonra da tətbiqetməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bubölgənin aparıcı ölkəsi kimi, əlbəttə ki, məsuliyyətnöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə yeni nizamıədalətli nizam kimi görürük.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın beynəlxalqmünasibətlər sistemində yeri və mövqeyinin möhkəmlənməsi təqdiredilir. Təbii ki, buna əsas verən dövlətimizin ədalətə vəbeynəlxalq hüquqa söykənən müstəqil siyasətidir. QordanaSilyanovska-Davkova bildirdi ki, Azərbaycanın beynəlxalqmünasibətlərdə fəal rolu bir həqiqətdir. Ötən il COP29 iqlimkonfransına Azərbaycanın ev sahibliyi, tədbirin yüksək səviyyədətəşkili bunun bariz nümunəsidir. Onun ardınca ölkəmizin XII QlobalBakı Forumuna ev sahibliyi təqdir edilərək Azərbaycanınçoxtərəfliliyin tərəfdarı olmasını atdığı addımlarla təsdiqlədiyiönə çəkildi. Azərbaycan hər zaman beynəlxalq əməkdaşlığa davamlıtöhfələri ilə diqqətdədir. Qlobal problemlərin həllində birgəsəylərin göstərilməsinə çağırışlar edir və bu birliyə, həmrəyliyətöhfələr verir. Qordana Silyanovska-Davkova onu da qeyd etdi ki, busəfər dərin dostluğun təməli olacaq.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan ilə ŞimaliMakedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyunundaqurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyinitanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eynizamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan ŞimaliMakedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və ikiölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələriəhatə edir. Şimali Makedoniya Respublikasının keçmiş PrezidentiQeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəliftədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib.Həmin səfərlər zamanı Prezident İlham Əliyevlə keçirilən görüşlərdəregional əməkdaşlıq məsələləri, iki ölkənin münasibətləriningələcək inkişafı geniş müzakirə olunub. Hazırda tərəflər əlaqələrintəkcə energetika deyil, digər sahələrdə də uğurlu inkişafındamaraqlıdır.

Seçilən
38
7
az.trend.az

8Mənbələr