Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.
Fəaliyyət göstərdiyi müddət ərzində 3 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Günlük orta müraciət sayı təxminən 1000 nəfərdir. Mərkəzin fəaliyyət göstərdiyi müddət ərzində 1300 nəfərdən çox könüllü məzun adını qazanıb. Vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş ASAN kafenin tutumu 34 nəfərdir. Bundan başqa, uşaq əyləncə mərkəzi və ana uşaq otağı mövcuddur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31