AZ

“Dərnəgül” taxta bazarında yanğın olub – VİDEO

Bakının Nərimanov rayonunda yerləşən “Dərnəgül” taxta bazarı adlanan ərazidə yanğın baş verib.

Doğru.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində bazar ərazisində taxta satışı məntəqəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər satış nöqtələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 140kv.m. sahədə taxta altlıqlar, 2 ədəd dəzgah, 6kv.m. sahədə taxta konstruksiyadan ibarət gözətçi otağı və 6kv.m. sahədə satış köşkü yanıb. Bazar ərazisində olan digər tikililər və materiallar yanğından mühafizə olunub.

DOĞRU.AZ

Seçilən
56
49
dogru.az

10Mənbələr