AZ

Avtomobili ilə piyadanı öldürən sürücü QAÇDI

Martın 12-də saat 03 radələrində 1996-cı il təvəllüdlü R.Kazımzadə idarə etdiyi minik avtomobili ilə Astara şəhəri ərazisində piyada 1976-cı il təvəllüdlü Fuad Nuriyevi vurub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-nın Cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, piyada aldığı xəsarətlərdən ölüb.

Hadisə yerindən yayınan sürücü polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
36
5
bizim.media

8Mənbələr