AZ

IV Beynəlxalq elmi-praktik konfrans: Dizaynın müasir problemləri müzakirə olunub (FOTO)

Bakı. Trend:

11-12 mart Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)universitetin 50 illik yubileyinə həsr olunan IV Beynəlxalqelmi-praktik konfrans keçirilib.

“Dizaynın müasir problemləri” mövzusunda reallaşan konfransDizayn fakültəsinin Qrafik və media dizaynı kafedrası ilə Mühitdizaynı kafedrasının birgə təşkilatçılığı nəticəsində baştutub.

Konfrans dünyanın aparıcı elmi, dövlət və özəl qurumlarınınnümayəndələrini, tanınmış mütəxəssisləri, tədqiqatçıları vəalimləri bir araya gətirərək dizaynda tədrisin metodolojiproblemləri, ənənəvi dizaynın fəlsəfi və bədii məsələləri, şəhərmühitinin dizaynı, müasir dizaynın estetik problemləri və müasirtexnologiyalardakı rolu kimi aktual mövzuların müzakirəsinə imkanyaradıb.

Açılış nitqi ilə çıxış edən Dizayn fakültəsinin dekanı dosentFərid Kərimov konfransın AzMİU-nun 50 illik yubileyi çərçivəsindəkeçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O,universitetin dizayn sahəsindəki elmi-tədqiqat fəaliyyətindəndanışaraq, fakültənin beynəlxalq əməkdaşlıqlarını genişləndirmək vədizayn sahəsində yenilikləri təşviq etmək istiqamətində gördüyüişlərə toxunub.

Beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayevaçıxışında konfransın beynəlxalq miqyasda böyük maraq doğurduğunusöyləyib. O, dizayn sahəsində xarici universitetlərləəməkdaşlıqların gücləndirilməsinin vacibliyini vurğulayaraq,AzMİU-nun dünya universitetləri ilə apardığı elmi layihələrhaqqında məlumat verib.

Elm və innovasiya məsələləri üzrə prorektor professor NigarAslanova dizaynın müasir texnologiyalarla və elmi yeniliklərləinteqrasiyasından danışıb. Prorektor tədqiqatçıları yenitexnologiyalar üzərində işləməyə və dizaynda müasir həlləryaratmağa səsləyib.

Qrafik və media dizaynı kafedrasının müdiri dosent TəranəBəkirova konfransın dizaynın vizual kommunikasiya aspektlərinə dairelmi müzakirələr aparmaq istiqamətində mühüm platforma olduğunudeyib. Təranə Bəkirova qrafik dizayn sahəsində yeni tendensiyalaratoxunaraq, müasir texnologiyaların qrafik dizaynın inkişafındaoynadığı roldan danışıb.

Mühit dizaynı kafedrasının müdiri professor Yeganə Hacıyevaşəhər mühitinin dizaynı və urbanizasiya problemlərinə toxunaraq, busahədə aparılan son tədqiqatlar haqqında məlumat verib. O, şəhərestetikasının əhəmiyyətini vurğulayaraq, mühit dizaynında müasiryanaşmaların tətbiqinin zəruriliyini vurğulayıb.

“Renee Architecture & Design” şirkətinin rəhbəri Rəna Novruzludizayn və memarlıq sahəsində aparıcı tendensiyalar, müasir şəhərdizaynının estetik prinsipləri və yeni texnologiyaların tətbiqibarədə fikirlərini bölüşüb. O, öz şirkətinin bu sahədə həyatakeçirdiyi layihələrdən bəhs edib və dizayn sahəsində gənctədqiqatçılara tövsiyələr verib.

Çıxışlardan sonra konfransın plenar iclasına keçilib. Plenariclasda Mühit dizaynı kafedrasının dosenti Elşad Əliyev, Qrafik vəmedia dizaynı kafedrasının baş müəllimi Fəridə Qasımova, EskişehirOsmangazi Universitetinin Memarlıq bölümünün dosenti N.Hacıöməroğlunun mövzu ilə bağlı məruzələri dinlənilib.

Konfrans çərçivəsində elmi məruzələr təqdim olunub,diskussiyalar və təcrübə mübadiləsi aparılıb. İştirakçılarkonfransın dizayn sahəsində innovativ yanaşmaların müzakirəsi vəelmi biliklərin inkişafı baxımından mühüm platforma olduğunuvurğulayıblar.

IV
IV
IV
IV
IV
IV
IV
IV
IV
IV
IV
IV
IV
IV
Məqalədə:
Seçilən
21
3
az.trend.az

10Mənbələr