AZ

İtaliya Ukrayna ilə Rusiya arasında atəşkəs rejiminin tətbiqini alqışlayır

Roma, 12 mart, AZƏRTAC

İtaliya hökuməti Ukrayna və Rusiya arasında 30 günlük atəşkəs rejiminin tətbiq olunmasını alqışlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb.

“Baş nazir Ciorcia Meloni ABŞ və Ukrayna rəsmiləri arasında Ciddədə keçirilən danışıqların nəticəsi olaraq 30 günlük atəşkəs rejiminin tətbiqini və Birləşmiş Ştatların Kiyevə yardımının bərpası təklifini alqışlayır. İtaliya ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin edən ədalətli sülhə nail olmaq səylərini tam dəstəkləyir”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, ötən gün Ukrayna ilə Rusiya arasında 30 günlük atəşkəs rejiminin tətbiq edilməsi qərara alınıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
8
1
azertag.az

2Mənbələr