AZ

“Sumqayıt”ın Ronaldosunu Puerto Riko ilə oyuna çağırıblar

“Sumqayıt”ın 2 futbolçusu ölkələrinin milli komandalarına dəvət alıb.

İdman.biz xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisinin yarımmüdafiəçisi Ronaldo Vaskez Puerto Riko ilə yoxlama oyunlarında Dominikan Respublikası yığmasına köməklik edəcək.

Görüşlər martın 22-də və 26-da olacaq.

Tresor Mossi isə DÇ-2026-nın seçmə mərhələsində Burundi millisinə çağrılıb. O, martın 21-də Fildişi Sahili, 4 gün sonra Seyşel adaları ilə matçlarda yığmasının heyətində yer ala bilər.

İdman.biz

Seçilən
13
1
idman.biz

2Mənbələr