Bakı, 12 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral ayları ərzində 9 min nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onların 54,97 faizini kişilər, 45,03 faizini isə qadınlar təşkil edib.