Təsadüfi deyil ki, motosiklet və mopedlərin iştirakıyla baş vermiş yol qəzaları getdikcə çoxalır. Xüsusilə sürücülər nəqliyyat vasitələrinin yığcam olmasından sui-istifadə edərək kobud qayda pozuntusu törədirlər. Digər tərəfdən vaxt azlığını bəhanə edərək qayda pozanlar da kifayət qədərdir.
Paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində qayda pozan motosiklet sürücüsü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında qeydə alınıb. Kadrdan da göründüyü kimi, əks istiqamətdən gələn motosiklet sürücüsü qoşa xəttin üzəriylə hərəkət edib. Nəticədə o, özüylə yanaşı digər hərəkət iştirakçılarını da təhlükəyə atıb.
Nərmin