AZ

Polşa klubu Renat Dadaşovla bağlı yekun qərarını verib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni mövsümə də "Radomyak" klubunda başlaya bilər.
Oxu.Az Sportal.az-a istinadən xəbər verir ki, qış transfer pəncərəsi zamanı "Radomyak"a keçmiş Dadaşovun xidmətində maraqlı olan komandaların sayı çoxalıb. Onun yeni komandasında ardıcıl qollar vurması Polşa Ekstraklassanın təmsilçilərinin diqqətini çəkib.
"Radomyak" isə Renatı komandada saxlamaqda israrlıdır. Belə ki, polyaklar Dadaşovun müqavilə müddətini artırmağa qərar veriblər. 25 yaşlı hücumçu yeni komandası ilə müqavilə müddətini bir il artıraraq, 2025/2026 mövsümünə də bu komandada başlamaq niyyətindədir.
Onun hazırkı müqavilə müddəti isə 2025-ci il iyunun 30-na qədərdir. Millimizin forvardı "Ayntraxt Frankfurt", "Eştoril", "Vulverhempton", "Pasuş Ferreyra", "Qrasshopper", "Tondela", "Hatayspor", "Ankaragücü" klublarında oynayıb.
Seçilən
17
oxu.az

1Mənbələr