Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) beynəlxalq ali təhsil reytinqində daha bir uğura imza atıb.
QHT.az xəbər verir ki, bu barədə UNEC rektoru, professor Ədalət Muradov bildirib. Onun sözlərinə görə, 2025-ci ildə ümumilikdə 148 ölkədən 5203 təhsil müəssisəsi auditə cəlb olunmuş, onlardan 1747 təhsil müəssisəsi 55 ixtisas üzrə sıralamada iştirak etmişdir:
"QS Dünya Universitetlərinin İxtisaslar üzrə Reytinqini elan etdi. “Sosial Elmlər və Menecment” ixtisas qrupu üzrə 2024-cü ildə 501-550-ci olan UNEC bu il irəliləyərək 401-450-ci yerə yüksəlmişdir. “İqtisadiyyat və ekonometrika” ixtisası üzrə sıralamada isə UNEC 2025-ci ildə ümumilikdə 61.3 bal toplayaraq (Akademik reputasiya – 58.4; İşəgötürənlər arasında reputasiya – 60.9; Sitatlar - 71.0; H-indeksi – 57.7) ötən ilki mövqeyini 351-400-cü yerdə qorumuşdur".
Pərvanə Fərhadqızı