AZ

26 yaşlı keçmiş məhbus qəfil öldü

Şəki rayonunda 26 yaşlı oğlan qəfil vəfat edib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, dünən saat 12 radələrində 1999-cu il təvəllüdlü M.Şirinov yaşadığı Şəki şəhərindəki evdə qəflətən ölüb.

Yaxınları bildiriblər ki, əvvəllər (180-ci maddə üzrə) məhkum olunmuş M.Şirinovun halı anidən pisləşib və dünyasını dəyişib.

İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlaməti aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
0
6
cebheinfo.az

7Mənbələr