Şorun sözlərinə görə, Avropa İttifaqında "dezinformasiya" anlayışı hökumətin siyasətini tənqid edən istənilən xəbəri əhatə edir. "İndi senzura həqiqət adlanır", - deyə o, Telegram kanalında yazıb.
Sandunun 2023-cü ildə yaratdığı Strateji Kommunikasiyalar və Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi "Patriot" Fransanın Viginum agentliyi ilə əməkdaşlıq sazişi bağlayıb. Moldova Prezidentinin mətbuat xidməti bu addımın ölkənin informasiya məkanını qorumaq və xarici manipulyasiyalarla mübarizə məqsədi daşıdığını bildirib.
Bununla belə, müxalifət sazişi sərt tənqid edib. Keçmiş Moldova Prezidenti, Sosialistlər Partiyasının lideri İqor Dodon yeni strukturu Corc Oruellin "1984" antiutopik romanındakı "Həqiqət Nazirliyi"nə bənzədib.
Son illərdə Moldova hakimiyyəti artıq 14 televiziya kanalı və 50-dən çox xəbər portalını bağlayıb. Bundan əlavə, burada Ukraynanın "Mirotvorets" bazasına bənzər bir siyahı yaradılıb, burada hakimiyyəti tənqid edən siyasətçilər və jurnalistlər yer alıb.
Zeynəb Mustafazadə