AZ

Milli Depozit Mərkəzi investisiya fondlarına depozitar xidmətlər göstərəcək

Artıq Milli Depozit Mərkəzi investisiya fondlarına depozitar xidmətlər göstərmək imkanı əldə etmişdir.

FED.az xəbər verir ki, bunu MDM-in İdarə Heyətinin sədrinin müşaviri Müşfiq Əhmədli Bakıda keçirilən 12-ci Beynəlxalq "Caspian Investment Forum"da bildirib.

Müşavir çıxışında qeyd edib ki, "Azərbaycanda son dövrlərdə investisiya fondlarına maraq artsa da, bu fondlar üzrə fəaliyyət göstərən depozitar xidmətlərinin olmaması çətinliklər yaradırdı. Belə ki İnvestisiya Fondları Haqqında qanuna əsasən investiya fondları təsis edilən zaman onlara xüsusi depozitarlar tərəfindən xidmət göstərilməsi vacibdir. Lakin, özəl depozitarların yaradılması iqtisadi baxımdan səmərəli olmadığı üçün heç bir maliyyə institutu tərəfində bununla bağlı təşəbbüs göstərilməmişdir. Bazar iştirakçılarına da məlum olduğu kimi, son dövrlərdə qanunvericiliyə edilən dəyişikliklərə əsasən, artıq MDM investisiya fondlarına depozitar xidmətlər göstərmək imkanı əldə etmişdir. Biz bu istiqamətdə işlərə başlamışıq və ilkin əməliyyat sxemləri tərəfimizdən hazırlanmışdır. Düşünürəm ki, bu xidmətin tətbiq edilməsi yerli kapital bazarında investisiya fondlarının yaradılması və alternativ investisiyaların inkişafına öz töhfəsini verəcəkdir".

Seçilən
12
2
fed.az

3Mənbələr