AZ

Dünyanın ən varlı futbolçuları: Birinci yerdə nə Messidir, nə də Ronaldo

"Game Set&Match" portalı planetin ən zəngin futbolçularının siyahısını dərc edib.

Publika.az xəbər verir ki,reytinqin lideri Tailandın “Ratçaburi” klubunun yarımmüdafiəçisi Faiq Bolkiahdır. Lakin Faiq var-dövlətini futbol meydançasında qazanmayıb. Məsələ burasındadır ki, o, Bruneyin hakim Bolkiah sülaləsinin üzvüdür. Atası Bruney şahzadəsi Cefri Bolkiahdır. Əmisi isə Bruneyin sultanı Hassanal Bolkiahdır. Ailəsinin sərvəti 20 milyard dollardır.

"Əl-Nəsr"in ulduzu Kriştiano Ronaldo və "İnter Mayami"nin forvardı Lionel Messinin sərvəti 1 milyard dollara yaxınlaşır. Devid Bekhem də onlara yetişir.

Maraqlıdır ki, Avropanın top-klubunun yalnız bir nümayəndəsi ən zəngin 10 futbolçu sırasına daxil olub. Bu, "Real"ın hücumçusu Kilian Mbappedir.

Heybət

Seçilən
5
2
publika.az

10Mənbələr