AZ

Mask Trampın siyasi təşkilatına 100 milyon dollar sərmayə qoyacaq


ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın nəzarətində olan siyasi təşkilata 100 milyon dollar sərmayə qoymağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “New York Times” (NYT) qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Onların məlumatlarına görə, Mask və Trampın ortaqları son günlər iş adamının Amerika liderinin nəzarətində olan qrupa ianə verməsi barədə danışıblar.
Qəzet yazır ki, Mask ABŞ prezidentinin təşkilatına bu qədər böyük sərmayə qoyan ilk Ağ Ev əməkdaşı olacaq.
NYT-nin məlumatına görə, Maskın investisiya planlarına əməl edib-etmədiyi hələlik məlum deyil.
Seçilən
21
4
yeniavaz.com

7Mənbələr