AZ

Azərbaycan və İtaliya arasında əməkdaşlıq üçün yeni imkanlar yaranır - Səfir

Bakı. Trend:

Azərbaycan və İtaliya arasında əməkdaşlıq üçün yeni imkanlaryaranır.

Trend xəbərverir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Luka DiCanfrançesko İtaliya Dizaynı gününə həsr olunmuş və dayanıqlıinkişaf məsələlərinə dair konfransda jurnalistlərə bildirib

“İtaliya və Azərbaycanı sıx əlaqələr bağlayır, ələlxüsus daenerji sektorunda. Azərbaycan neft və qazın İtaliyaya mühümtədarükçülərindəndir. Buna rəğmən, mən sevinc hissi ilə bildirirəmki, başqa sahələrdə də yeni imkanlar açılır”, - deyə səfirbildirib.

Səfirin sözlərinə görə, iki ölkə arasında olan münasibətlərbütün səviyyələrdə möhkəmlənməyə davam edir.

"Siyasi müstəvidə yüksək səviyyəli təmasların və səfərlərinmütəmadi mübadiləsi müşahidə olunur.

İqtisadiyyatın bütün sahələrində münasibətlərimizin daha dadərinləşməsinə istək və maraq var. Həmçinin, onu da qeyd etməliyəmki, İtaliya və Azərbaycan arasında mədəniyyət və iqtisadiyyatsferalarında əməkdaşlıq hər zaman möhkəm olub. Bu möhkəm və daimadərinləşən münasibətlər qarşılıqlı əlaqələrin həm də iqtisadisəviyyədə genişlənməsinə vəsilə olur”, - deyə o vurğulayıb.

Məqalədə:
Seçilən
11
az.trend.az

1Mənbələr