AZ

Avrasiya İnkişaf Bankı Azərbaycanda müxtəlif sahələr üzrə layihələri maliyyələşdirə bilər - Nikolay Podquzov (FOTO)

Bakı. Trend:

Martın 12-də Azərbaycan Respublikasının maliyyə naziri SahilBabayev Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri NikolayPodquzovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-ə bubarədə Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüş zamanı N.Podquzov Bankın yaradılması,fəaliyyəti, hazırki üzvləri, eləcə də üzv ölkələrdəmaliyyələşdirilən layihələr barədə ətraflı məlumat verib. O, BanklaAzərbaycan arasında əməkdaşlıq üçün böyük imkanların olduğunu vəölkəmizdə müxtəlif sahələr üzrə layihələrin maliyyələşdiriləbiləcəyini diqqətə çatdırıb.

S.Babayev Azərbaycanın beynəlxalq maliyyə institutları iləəməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vəAvrasiya İnkişaf Bankı ilə də əməkdaşlıq məsələsinin nəzərdənkeçiriləcəyini qeyd edib.

Qeyd edilib ki, görüşdə Bankın fəaliyyəti, layihələrimaliyyəşdirmə prosedurları və bu sahədə qarşılıqlı maraq doğuranməsələlərə dair fikir mübadiləsi aparılıb.

Avrasiya
Seçilən
12
az.trend.az

1Mənbələr