AZ

İsmayılova 1/4 finalda

Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın Niş şəhərində qadınlar arasında keçirilən dünya çempionatında mərhələ adlayıb.

Futbolpress.az xəbər verir ki, 48 kq-da mübarizə aparan Anaxanım İsmayılova döyüşmədən 1/4 finala yüksəlib.

Buna səbəb onun rəqibi Sbusisivi Fivokulenin (CAR) görüşdən imtina etməsi olub. Nəticədə İsmayılova qalib elan edilib.

Qeyd edək ki, mundialda bu gün daha 2 boksçumuz rinqə çıxacaq.

Seçilən
35
6
futbolpress.az

10Mənbələr