AZ

Trampın məktubunu Tehrana o aparır

ABŞ Prezidenti Donald Trampın İranın ali lideri Əli Xameneiyə ünvanladığı məktubu Tehrana kimin çatdıracağı məlum olub.

“Qafqazinfo” “ISNA” agentliyinə istinadən xəbər verir ki, vasitəçi şəxsin kimliyini İran XİN-in rəsmi nümayəndəsi Esmail Baqai açıqlayıb.

Sözügedən şəxs isə BƏƏ Prezidentinin diplomatiya məsələləri üzrə müşaviri Anvar Qarqaşdır. 

Baqai bildirib ki, ölkənin xarici işlər naziri Abbas Araqçi bu gün Tehranda Qarqaş ilə görüşəcək və məktubu təhvil alacaq.

Xatırladaq ki, ötən həftə D.Tramp “Fox Business” telekanalına müsahibəsində bildirib ki, Xameneiyə İranın nüvə proqramına dair məktub ünvanlayıb. A.Araqçı isə bu gün məktubub hələ İrana çatmadığını bildirmişdi.

Seçilən
17
qafqazinfo.az

1Mənbələr