AZ

Bəqai Azərbaycan şairini farslaşdırmağa çalışıb... - VİDEO

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai dahi Azərbaycan şairi Nizami Gəncəvinin anım günü münasibətilə “X” hesabında paylaşım edib.

İranın Nizami Gəncəvini sahiblənmək iddialarının davamı kimi XİN sözçüsü paylaşımında yazıb: “Farsdilli mütəfəkkir, alim və şair, öz hekayələri ilə sonrakı nəsillərə sevgi, hikmət və əxlaq bəxş edib. O, yalnız İranın fəxri deyil, həm də bəşər mədəniyyəti üçün xəzinədir”.

İran XİN rəsmisi dahi Azərbaycan şairinin doğuldu yeri belə deməkdən çəkinir. Yalnız fars dilində yazdığına görə Nizamini İran şairi kimi təqdim etmək utancvericidir. Ancaq bu cür çıxışlar anti-Azərbaycan xislətinin hələ də güclü olduğunu göstərir.

"AzPolitika.info"


Seçilən
13
azpolitika.info

1Mənbələr