AZ

Dieqo Simeone: “Real”ın üstünlüyü var, amma biz…”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalının “Real”la cavab oyunundan gözləntisini açıqlayıb.

Arena.az AS dərgisinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Futbolda baş verən müxtəlif gedişatlar, müxtəlif enerji var. Biz, daha çox imkanların olacağı mürəkkəb, digər məqamlardan keçəcəyik… Oyunçuların təravəti, aydnılığı və keyfiyyəti məsələni həll edəcək. Oyun məhz belə keçəcək. Onların üstünlüyü var, biz isə oyunda qalmağımıza imkan verəcək həmin qolu arayıb-tapmalıyıq.

Biz evdə oynamalı olacağıq, azarkeşlərimiz bizi sazlayacaqlar, amma gerçəklik – məhz meydanda baş verənlərdir. Əvvəldən axıra qədər enerji artaraq aşıb-daşacaq. Biz yalnız tribunalarda baş verənlər sayəsində qələbə qazanmağa hazırlaşmırıq. Biz əla oyun nümayiş etdirməliyik. Püşkdən sonra mən demişdim ki, bu əla oyunlardır, ümidvaram, biz bunu sübut edə biləcəyik”, deyə “El-Çolo” ləqəbli Dieqo Simeone bildirib.

“Atletiko” – “Real” oyunu bu gün, martın 12-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 00:00-da (13 mart) başladacaq.

Xatırladaq ki, “Santyaqo Bernabeu”da keçirilmiş ilk oyunda “döşəkçilər” “Real”a 1:2 hesabı ilə məğlub olublar.

Seçilən
12
arena.az

1Mənbələr