AZ

Lənkəranda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlandı (FOTO)

Bakı. Trend:

Lənkəran rayonunda yerləşən, Rəhmanov Zəka Bilal oğluna məxsus”Cənnət-Xıl” restoranında AQTA əməkdaşları tərəfindən keçirilmişyoxlama zamanı qida təhlükəsizliyi tələblərinin pozulduğuaşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan QidaTəhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Belə ki, obyektin sanitar-gigiyenik tələblərə cavab vermədənfəaliyyət göstərdiyi, qida məhsullarının saxlanması zamanıtemperatur rejiminə əməl edilmədiyi, qida məhsulları hazırlanansahədə döşəmə, tavan və divar səthlərinin təmirsiz olduğu, müvafiqtəmizlik işlərinin aparılmadığı, havalandırma sistemininquraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilibvə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

Lənkəranda
Lənkəranda
Lənkəranda
Lənkəranda
Lənkəranda
Məqalədə:
Seçilən
39
3
az.trend.az

6Mənbələr