AZ

Azərbaycan fevralda "OPEC+" kvotasından 75 min barel geri qalıb

Fevral ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 476 min barel təşkil edib.

FED.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında bildirilir.

Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı yanvar ayı ilə müqayisədə 9 min barel və ya 1,9 % çoxdur.

Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, fevralda faktiki hasilat 75 min barel geriləyib.

2024-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 482 min barel olub. (Report)

Seçilən
17
2
fed.az

3Mənbələr