Polşanın keçmiş prezidenti Lex Valensa Avropanı ABŞ prezidenti Donald Trampla əlaqələri kəsməyə çağırıb.
Publika.az xəbər verir ki, o, bunu “Super Express” qəzetinin sualını cavablandırarkən deyib.
Qəzet Valensadan Polşa ilə ABŞ arasında diplomatik münasibətlərə münasibət bildirməsini istəyib.
Keçmiş prezident “gəlin Avropada əlaqələr qurmağa diqqət edək, Avropaya diqqət edək, Trampla əlaqələri kəsək və Avropa təhlükəsizliyi, güclü ittifaqlar quraq”, - deyə cavab verib.
"Gəlin öz işimizi görək, İlon Maskla məşğul olmayaq və ondan narahat olmayaq. Mən ona əhəmiyyət vermirəm. O, heç nəyi nəzərdə tutmayan insandır", - Valensa bildirib.