AZ

Pay torpaqları olanların nəzərinə

İndiyə qədər mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının sahibi olan 58 024 ailəyə dövlət vəsaiti hesabına çıxarış verilib, 384 760 dövlət aktı isə çıxarışla əvəz edilib. Dövlət hesabına torpaqlara çıxarışın verilməsi necə və kimlər üçün keçərlidir? Əmlak eksperti Elnur Azadov Metbuat.az-a açıqlamasında bildirib ki, pay torpaqları özəlləşdirmə prosesindən sonra vətəndaşlara verilib: “Sovet dövründə ölkədə kolxoz və sovxozlar mövcud idi. Sovet hökumətinin süqutundan sonra ölkədə torpaq islahatları aparılmağa başlandı. Bu islahatlar çərçivəsində kolxoz və sovxozlara məxsus torpaqlar vətəndaşlar arasında püşkatma yolu ilə bölünərək pay mülkiyyətinə verildi. Bu günə qədər həmin torpaqların əksəriyyəti pay mülkiyyətində qalmaqdadır. Lakin infrastruktur olan yerlərdə vətəndaşlar bu torpaqlardan lazımi qaydada istifadə edə bilirlər. Ona görə ki, kolxoz və sovxozlar nəticəsində həmin torpaqlar çox uzun müddət xidmətsiz qaldı. Yəni su xətləri olmadı, artezian quyular ləğv oldu, orada xidmət göstərən xüsusi texnika da özəlləşdirilməyə verildi. Azərbaycan bu prosesi digər ölkələrin təcrübəsinə uyğun şəkildə həyata keçirdi”. E.Azadov qeyd edib ki, artıq həmin təsərrüfatlarda çalışan və orada yaşayan sakinlər pay torpaqlarına çıxarış əldə ediblər.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
29
metbuat.az

1Mənbələr