AZ

Nəsimidə oğurluq və dələduzluqda şübhəli bilinən 2 şəxs saxlanılıb

Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 765 manat dəyərində müşahidə kamerasının oğurlanması barədə polisə məlumat daxil olub.

Avtosfer.az xəbər verir ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 52 yaşlı H.Vəliyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, bir nəfərin etibarından sui-istifadə edərək 125 manatını ələ keçirməkdə şübhəli bilinən 45 yaşlı N.Quliyevin saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.

Araşdırmalar aparılır.

Seçilən
11
4
avtosfer.az

5Mənbələr