AZ

Zelenski SƏRT DANIŞDI: “Bu, qırmızı xəttdir”

Zelenski Ukraynanın sülh danışıqlarındakı “qırmızı xətt”lərindən danışıb.

KONKRET.az xəbər verir ki, bu barədə “RBC Ukrayna” məlumat yayıb.

Zelenski bildirib ki, Ukrayna işğal edilən əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq. Çünki bu, danışıqlarda “qırmızı xətt”dir.

“Mən prezident, ukraynalılar isə öz ölkələrinin vətəndaşları kimi konstitusiyasını pozmayacaq. Əksinə xalqımızı və torpağımızı qoruyaraq suverenliyi və müstəqilliyimizi müdafiə edəcəyəm. Belə bir düşmənlə döyüşmək bizim üçün çox çətindir. Bu başa düşüləndir. Ukrayna müstəqillik uğrunda mübarizə aparır, ona görə də Rusiya tərəfindən işğal edilmiş heç bir ərazini güzəştə getməyəcək. Biz heç kimə Ukraynaya qarşı cinayəti unutdurmayacağıq”, – deyə Zelenski vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
10
konkret.az

1Mənbələr