Bakıda yol hərəkəti qaydasını pozan sürücülər hərəkətə mane olublar. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 12-də, paytaxtın Xocalı prospektində qeydə alınıb.
Belə ki, 99-UZ-859 və 77-SQ-196 qeydiyyat nişanlı avtomobillərin sürücüləri yolayrıcında tıxac olduğunu görsələr də kəsişmə yerinə daxil olublar. Bu zaman soldan gələn avtomobillərin qarşısını kəsərək hərəkətə mane olublar.
"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.
Çox təəssüf ki, hələ də bir çox sürücü bu qaydadan xəbərsizdir.
Fərid