AZ

Beş ölkənin xarici işlər nazirləri ABŞ-la Qəzzanın yenidən qurulması planını müzakirə ediblər

Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, İordaniya və Misirin xarici işlər nazirləri Dohada ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ilə Qəzza zolağının yenidən qurulması planını müzakirə edirlər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Agentlik qeyd edir ki, danışıqların mövzusu İsrail və Fələstinin HƏMAS hərəkatı arasında münaqişə ilə əlaqədar Qəzzanın bərpasıdır.

Martın 4-də Ərəb Liqasının (LAS) liderləri Qəzza zolağının yenidən qurulması planı ilə bağlı razılığa gəliblər və İsraildən İordan çayının qərb sahilindəki “aqressiv hərəkətlərini” dayandırmağı tələb ediblər. Bundan əlavə, onlar müvafiq ərazilərdə yeni yəhudi məskənlərinin salınmasına və fələstinlilərin evlərinin sökülməsinə qarşı çıxıblar. Daha sonra HƏMAS nümayəndələri bu təşəbbüsləri alqışlayıblar.

Seçilən
17
nocomment.az

1Mənbələr